Bu il Azərbaycanda qanvermə aksiyalarında tədarük edilən qanın miqdarı açıqlanıb

Bu il Azərbaycanda qanvermə aksiyalarında tədarük edilən qanın miqdarı açıqlanıb
15:57 12 Noyabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda keçirilən könüllü qanvermə aksiyalarında bu ilin ilk doqquz ayı ərzində 24 128 770 ml qan tədarük edilib. Nazirlikdən "Report"a verilən xəbərə görə, aksiyalara 51 367 nəfər könüllü donor qatılıb.
Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb. Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq.
Qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/bu-il-azerbaycanda-qanverme-aksiyalarinda-tedaruk-edilen-qanin-miqdari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR