"Gənc İnvestor 2015" keys müsabiqəsinin qalibləri mükafatlandırılıb

11:08 13 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, Samirə Quliyeva, AZƏRTAC
Noyabrın 13-də Bakı Fond Birjasının (BFB) təşkilatçılığı ilə "Gənc İnvestor 2015" keys müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, BFB-nin idarə heyətinin sədri Fariz Əzizov müsabiqə barədə ətraflı məlumat verib. Bildirilib ki, müsabiqə ilk dəfədir təşkil olunur və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri arasında keçirilib. Şərtlərə görə, tələbələr onlara verilmiş keysi təhlil etməli və bunun əsasında esse yazmalı idilər. Müsabiqəyə oktyabrın 1-dən start verilib və münsiflərin qiymətləndirməsindən sonra finalçılar müəyyən olunub.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) sədrinin müavini İlqar Muradov qeyd edib ki, indiyədək 200-dən artıq tələbə qurumun təşkil etdiyi müsabiqələrdə iştirak edib, bir neçə universitetlə anlaşma memorandumu bağlanıb ki, bunlardan biri də Azərbaycan Dövlət İqtisad Universitetidir. "Gənc İnvestor 2015" keys müsabiqəsi üçün qeydiyyatdan keçən 115 tələbədən 23-ü seçilib. Bu müəlliflər arasından isə 3 ən yaxşı esse müəllifi müəyyən olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotGenc_Investor_2015_quot_keys_musabiqesinin_qalibleri_mukafatlandirilib-901618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR