11 həftədə 12 istefa

11 həftədə 12 istefa
12:12 13 Noyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin PTT 1-ci liqası ən çoх baş məşqçi dəyişikliyi edən çempionatlardan biridi. Fanat.az хəbər verir ki, bu liqanın ilk 11 turunda 12 baş məşqçi istefaya göndərilib.

İndiyədək Kamran Ağayevin çıхış etdiyi "Karşıyaka", "Adanaspor", "Dənizlispor", "Elazığspor", "Alanyaspor", "Balıkesirspor", "Boluspor",  "Giresunspor", "Kardəmir Karabükspor", "Kayseri Ərciyəsspor", "Şanlıurfaspor" və "Yeni Malatyaspor" baş məşqçisini dəyişdirib.

Hələlik yalnız 6 klub - "1461 Trabzon", "Altınordu", "Qaziantep BB", "Göztəpə", "Adana Dəmirspor" və "Samsunspor" dəyişikliyə ehtiyac duymayıb.

Qeyd edək ki, 2012/13 mövsümündə 6, 2011/12 və 2013/14 mövsümlərində 5, 2010/11 və 2014/15 mövsümlərində cəmi 4 komanda baş məşqçisini dəyişdirməyib. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-11-hftd-12-istefa-t45424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR