Mübariz Qurbanlı: Xalqların adət-ənənələri məişət zorakılığı məsələsində mühüm rol oynayır

Mübariz Qurbanlı: Xalqların adət-ənənələri məişət zorakılığı məsələsində mühüm rol oynayır
12:48 13 Noyabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Məişət zorakılığına bütün dinlər pis yanaşır, heç biri bunu qəbul etmir.

Trend-in məlumatın görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məişət zorakılığının qarşısının alınması üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, islam dini qadınların rolunu xüsusilə yüksəyə qaldırır: "Bütün dünyada məişət zorakılığı hallarına rast gəlinir. Türk soyuna mənsub olan Azərbaycan xalqı qadına xüsusi diqqət yetirir. Azərbaycanda məişət zoraklığının kökü demək olar ki, yoxdur".

M.Qurbanlı deyib ki, məişət zorakılığı məsələsində maarifləndirmə və tərbiyə mühüm rol oynayır. Onun fikrincə, xalqların adət-ənənələri məişət zorakılığı məsələsində mühüm rol oynayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2455920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR