Robert Prosineçki: "Moldova ilə yoldaşlıq görüşündə qələbə istəyirəm"

Robert Prosineçki: "Moldova ilə yoldaşlıq görüşündə qələbə istəyirəm"
17:32 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan mili komandasının baş məşqçisi Robert Prosineçki Moldova ilə noyabrın 17-də keçiriləcək yoldaşlıq görüşü öncəsi açıq məşqdə jurnalistlər üçün brifinq keçirib. Xorvatiyalı mütəxəssis "Report"un da suallarını cavablandırıb...


- Bir müddət öncə səhhətinizdə problem yaranmışdı. İndi səhhətiniz yaxşıdır?
- Yaxşıyam, sağlamam. Çox sağ olun.
- Heyətdəki zədələr milli komandaya problem yaratmayacaq?
- Bir neçə zədəli oyunçu var. Öncədən də indiyədək millidə çıxışını görmədiyim bir neçə futbolçunu sınaqdan çıxarmağı düşünürdüm. Amma həm təlim-məşq toplanışı zamanı zədələnənlər, həm də eyni səbəbdən hazırlıq prosesinə qoşulmayanlar oldu. Bunlar problem deyil. Yeni oyunçuları sınaqdan keçirəcəyəm. Bu, onların özlərin üçün də bir şansdır.
- Bəs Moldova ilə oyunda Azərbaycan yığmasının şanslarını necə dəyərləndirirsiniz?
- Bu oyun mənim üçün çox vacibdir. Baxmayaraq ki, yoldaşlıq oyunudur. Hər oyunda qalib gəlmək istəyirəm. Oyuna hazırlığımız davam edir. Moldova ilə matçda qələbə istəyirəm. Hələ bir neçə gün vaxtımız var. Məqsəd noyabrın 17-də çıxıb gözəl futbol göstərmək, yaxşı nəticə verməkdir. Bir neçə vacib oyunçumuz yoxdur. Kapitan Rəşad Sadıqov 2 gün öncə zədə alıb. Evə getməli idi. Lakin milli komanda hazırlaşır və çərşənbə axşamı günü gözəl oyun sərgiləməklə yaxşı nəticə əldə etmək niyyətindədir.
- 19 və 21 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatının seçmə qrup mərhələlərindəki nəticələrini necə dəyərləndirirsiniz. Həmin komandalardan yığmada çıxış etməyə qadir futbolçu var?
- Hər iki komandanın nəticəsi ilə heç kim razı ola bilməz. Həm 19 yaşadək futbolçulardan ibarət yığmanın 2 oyununu izlədim, həm də U-21-in oyunlarını izləmişəm. Vaxtım olsa, bu gün Almaniya ilə səfər oyununa da baxacağam. Sözsüz ki, oyunun gedişindən və nəticədən razı qalmadım. Bu gün o komandalardan əsas millidə çıxış edə biləcək futbolçu görmürəm. Əsas millidəki bir neçə futbolçu baş məşqçi Yaşar Vahabzadə ilə birgə Almaniyaya gediblər. Çünki vacib oyundur. Elnur Cəfərov U-19-un heyətində ötən gün Türkiyə ilə qarşılaşmada qırmızı vərəqə aldı, amma yaxşı oyun sərgilədi. Hazırda həm əsas millidə, həm də aşağı yaşlılardan ibarət komandalarda çıxış edən futbolçulardan başqa yeni adlar görmədim.
- Rəşad Sadıqovun millidəki gələcək taleyi ilə bağlı danışmısınız?
- Bolqarıstanla qarşılaşmadan sonra 3 dəfə Sadıqovla danışmışam. Onun gələcək taleyi ilə bağlı çox söhbət etmişik. İstərdim ki, Rəşad yığmada qalsın. Çünki onun milliyə köməyi dəyəcək, bunu bacarar. Cavabımı bilirsiniz, qərarı özü qəbul edir.
- Eddi İsrafilovun yığmaya çağırılmamasının səbəbi nədir?
- Şadam ki, bizim millidə İspaniya La Liqasında oynayan futbolçu çıxış edir. Ötən tur İsrafilov 90 dəqiqə oynayıb və komandası 3:1 hesabı ilə qalib gəlib. Bu gün yoldaşlıq görüşü keçirəcəklər, ümid edirəm ki, Eddi yenə oynayacaq. Noyabrın 20-də isə "Eybar"ın La Liqada növbəti oyunu olacaq. Şans verdim ki, klubunda qalsın. Mənə vacibdir ki, o, əsas heyətdə yer tapsın və oyun təcrübəsi qazansın. Klub mənə müraciət edib, "Eybar"ın baş məşqçisi xahiş edib ki, mümkünsə, bu toplanış müddətində yığmaya gəlməsin və komandasına kömək etsin. Ən başlıcası, "Eybar"ın əsas heyətdə yerini möhkəmləndirməsidir. Eddini növbəti oyunlara dəvət edəcəyik. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zakir Həsənov komandirlərə yeni tapşırıqlar

21 Sentyabr 2017 18:15

Şadlıq sarayında namaz qılmaq düzgündürmü? - VİDEO

21 Sentyabr 2017 18:13

Səngəçal terminalının genişləndirilməsi işləri 99,8% icra olunub

21 Sentyabr 2017 18:12

Nazirlər Kabinetində 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə baxılıb

21 Sentyabr 2017 18:12

Telefonlara ekran qoruyucusunu bu üsulla taxın

21 Sentyabr 2017 18:11

Mətanətin bu geyimi söz-söhbət yaratdı

21 Sentyabr 2017 18:09

Xarici işlər naziri Trampı təhqir etdi

21 Sentyabr 2017 18:08

Azərbaycan Prezidenti Mali dövlət başçısını təbrik edib

21 Sentyabr 2017 18:07

Qazaxıstan - Azərbaycan gənclər günlərinə star verildi - FOTOLAR

21 Sentyabr 2017 18:07

Türkiyə ordusu sərhədi keçdi

21 Sentyabr 2017 18:03

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü

21 Sentyabr 2017 17:59

Suriyadan atılan mərmi Türkiyə ərazisinə düşüb

21 Sentyabr 2017 17:59

Bakıda II “Bankçılıq Forumu” keçiriləcək

21 Sentyabr 2017 17:57

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

21 Sentyabr 2017 17:57

Mister Bin: "Toni Bleyrin baş nazir olacağı ağlıma gəlməzdi" - MÜSAHİBƏ - FOTOLAR

21 Sentyabr 2017 17:53

"SOCAR Polymer" layihəsi üzrə işlər qrafikə uyğun irəliləyir

21 Sentyabr 2017 17:52

Mansuryanın yerinə Fatih Terim

21 Sentyabr 2017 17:48

Tom Kruz filmin çəkilişləri zamanı həlak olmuş təyyarəçilərin ölümündə qismən günahkar hesab edilir

21 Sentyabr 2017 17:47

SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda olub

21 Sentyabr 2017 17:47

"Mançester Yunayted" klubu ötən mövsüm rekord məbləğdə gəlir götürüb

21 Sentyabr 2017 17:47

Toy iştirakçılarının başına oyun açan şəxs ələ keçdi - GÖRÜNTÜLƏR

21 Sentyabr 2017 17:44

Deputat Çingiz Qənizadə keçmiş həmkarını məhkəməyə vermək üçün vəkil tutub

21 Sentyabr 2017 17:42

Sumqayıtda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücülərinə qarşı reyd keçirilib

21 Sentyabr 2017 17:42

Nazirlər Kabinetinin yeni strukturu

21 Sentyabr 2017 17:42

Qanunsuz sərnişin daşıyan Sumqayıt avtobuslarına qarşı REYD

21 Sentyabr 2017 17:39

Rusiya hərbiçilərini Suriyada kim satır? - ŞOK DETALLAR

21 Sentyabr 2017 17:38

Sumqayıtda restoranlardan toy zamanı mobil telefonları oğurlayan şəxs saxlanılıb

21 Sentyabr 2017 17:37

FIFA "Qarabağ"ın rəqibini istintaqa çəkəcək

21 Sentyabr 2017 17:37

"Kərkükün 90 faizinə PKK və Peşmərgə nəzarət edir"

21 Sentyabr 2017 17:35

Melaniya Trampın geyimi ETİRAZLA QARŞILANDI

21 Sentyabr 2017 17:33

"Erməni deputatlar sabah Bakıda olacaq" - RƏSMİ

21 Sentyabr 2017 17:29

Afaq Aslana elə bir cavab verildi ki...

21 Sentyabr 2017 17:29

Çingiz Qənizadə: “Hacı Qalibə məsuliyyətini dərk etməyi öyrədəcəm” - MÜSAHİBƏ

21 Sentyabr 2017 17:24

Manatın sabaha olan MƏZƏNNƏSİ

21 Sentyabr 2017 17:23

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

21 Sentyabr 2017 17:22

İŞİD-dən azad olunan ərazilərdəki yüzlərlə azərbaycanlı barədə QORXUNC MÜƏMMA - FOTO

21 Sentyabr 2017 17:18

Manatın sabaha olan məzənnəsi

21 Sentyabr 2017 17:18

Rostov-Don şəhərindəki oteldə baş vermiş yanğın zamanı 1 nəfər həlak olub

21 Sentyabr 2017 17:17

“Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş polkovnikinə hökm oxunub

21 Sentyabr 2017 17:17

ABŞ-la Türkiyə arasında gərginlik artdı

21 Sentyabr 2017 17:13

"Dəmirbank" tender keçirir

21 Sentyabr 2017 17:12

14 % inflyasiya yüksəkdir...

21 Sentyabr 2017 17:09

Sənətçilər peşəkar idmançılarla birlikdə özlərini sınadı - FOTO

21 Sentyabr 2017 17:08

"Korea Aerospace Industries" şirkətinin vitse-prezidenti intihar edib

21 Sentyabr 2017 17:07

Yol polisindən piyadalara MÜRACİƏT

21 Sentyabr 2017 17:04

O sürücü İŞDƏN QOVULDU

21 Sentyabr 2017 17:03

Fatih Terimə İran klubundan gözlənilməz TƏKLİF

21 Sentyabr 2017 16:59

Gəmi sürücüləri də sürücülük vəsiqəsi almalı olacaqlar

21 Sentyabr 2017 16:58

Avtobus sürücüsü işdən qovuldu

21 Sentyabr 2017 16:58

Zakir Həsənovdan komandirlərə CİDDİ TAPŞIRIQ

21 Sentyabr 2017 16:54