“Həmin faktla bağlı ətraflı araşdırma aparılır və həmin idarənin rəisi müvafiq qaydada cəzalandırılacaq”, - deyə SOCAR-ın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Cəlilabad Qaz İstismar İdarəsinin rəisi Günəşli Nurəliyev ötən gün “Xəzər TV” nin Cəlilabad bürosunun müxbiri Rəhman Məlikovun ona ünvanladığı sualları cavablandırarkən jurnalistə qarşı güc tətbiq edib.