Rusiyanın tanınmış balerinası Anastasiya Voloçkova “Instagram” hesabında öz abunəçilərini yeni obrazıyla təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, qalmaqallı balerina bu günlərdə Yaroslavlda verdiyi konsertdə səhnəyə maraqlı geyimdə çıxıb.

39 yaşlı Voloçkovanın yeni obrazı sado-mazo obrazlı açıq saçıq geyimdə olub. Onun bu geyim dəstini tamaşaçılar təəccüblə qarşılayıblar.

Azərbaycanlı biznesmenin sevgilisi özünə ər axtarır (FOTO)
Anastasiya Voloçkovanın yeni geyimi

"Transformasiyalı kostyum onu tədbirin formatından asılı olaraq dəyişdirməyə icazə verir. Mən belə sınaqlar etməyi sevirəm. O uğurlu da ola bilər və ya əks effekt də verə bilər. Amma heç nə etməməkdənsə nəsə axtarmaq daha yaxşıdır. Bu gün Yaroslavl da parlaq idi! Mənim şou-baletdən olan uşaqlarım superdir və bizə birlikdə həmişə şəndir! 10000 tamaşaçı gəldi!", – deyə Voloçkova fotosunun altında yazıb.

Azərbaycanlı biznesmenin sevgilisi özünə ər axtarır (FOTO)

Balerinanın abunəçiləri qeyd ediblər ki, bu kostyum çox ədəbsizdir. Bu onlarda elə təəssürat yaradır ki, Anastasiya bununla özünə varlı kişi axtarmaq istəyir. Həmçinin onlar yazıblar ki, Voloçkovanın fiqurunu artıq çoxdan seksual hesab etmək olmaz, onun bədəni aseksualdır. Bunun üçün də ona geniş ictimayyətə bədənini nümayiş etdirməkdənsə bunu gizlətmək lazımdır.

Azərbaycanlı biznesmenin sevgilisi özünə ər axtarır (FOTO)
Bəxtiyar və Anastasiya

Anastasiya Voloçkova ilə azərbaycanlı biznesmen Bəxtiyar Səlimov arasında eşq macərası yaşanıb. Onların məhəbbət romanı düz 2 il davam edib. Keçən il məşhur balerina sevgilisindən ayrılmaq qərarına gəlib. O, bunu Bəxtiyar Səlimovun Moskvaya gec-gec gəlməsi ilə əlaqələndirib. Xatırladaq ki, 46 yaşlı iş adamı Bəxtiyar Səlimov Bakıda anadan olub.