“Report”un məlumatına görə, hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, qətl hadisəsi bu il martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş Sənan Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Maxrova Yelena Vyaçeslavovna Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.
Sentyabrın 22-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində Y.Maxrova barəsində olan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib. O, 10 il müddətinə azadlıqdan məhrum olunub.