Bakı. 19 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu Livandakı terror aktı nəticəsində valideynlərini itirən 3 yaşlı Haydar Mustafa ilə görüşəcək. "Report"un məlumatına görə, jurnalist Rəna Hərbi #CristianoMeetHaidar haştaqından istifadə etməklə, Haydar barədə danışıb.
"Real Madrid"in Livan birliyindən bildirilib ki, uşaqla görüşün təşkili üçün İspaniyadan zəng gəlib.
Qeyd edək ki, noyabrın 12-də Beyrutun çoxlu insan yaşayan şəhərətrafı yaşayış məntəqəsində kamikadzelər ikiqat terror aktı törədiblər. Terror nəticəsində 43 nəfər ölüb, 239 nəfərdən çoxu yaralanıb.
Kriştianu Ronaldu terror nəticəsində valideynlərini itirmiş azyaşlı ilə görüşəcək
Kriştianu Ronaldu terror nəticəsində valideynlərini itirmiş azyaşlı ilə görüşəcək
Kriştianu Ronaldu terror nəticəsində valideynlərini itirmiş azyaşlı ilə görüşəcək