5 turdan sonra Azərbaycanın kişilərdən ibarə komandası 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət və 7 xalla 5-ci pillədə qərarlaşıb. Eyni xala malik Hollandiya isə 6-cı pillədədir.
Qadınlardan ibarət Azərbaycan komandası 3 qələbə və 2 məğlubiyyət nəticəsində 6 xalla 11-ci, eyni xala malik Polşa 9-cudur.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət seçmə komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Arkadi Naydiç, Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət komandada isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla,Nərmin Kazımova və Ülviyyə Fətəliyeva təmsil edir. 66 komandanın mübarizə apardığı çempionat noyabrın 22-də başa çatacaq.