Dünyanın ən tanaınmış futbolçularından biri Kriştianu Ronaldo alqışa layiq daha bir addım atmağa hazırlaşır.

ANS PRESS-in məlumatına görə, Portuqaliya yığmasının və “Real Madrid” klubunun hucümçusu Kriştianu Ronaldo 3 yaşlı livanlı uşaqla görüşəcək.

Üç yaşlı Heydər Mustafanın valideynləri Livanda baş vermiş terrorda dünyasını dəyişib. Uşağın kumiri ulduz futbolçu Kriştianu Ronaldodur. İndi ulduz futbolçu ona dəstəyini nümayiş etdirmək üçün onunla görüşməyi planlaşdırır.

12 noyabr Livanın paytaxtı Beyrutda terror aktı törədilib.2 terrorçu kamikadzenin özünü partlatması nəticəsində 43 nəfər ölüb, 239 nəfər yaralanıb. İŞİD terrorçu qruplaşması isə Beyrutdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu terror aktının Beyrutda 25 il əvvəl vətəndaş müharibəsindən sonra ən ağır parlayış olduğu bildirilib.

Ronaldo 3 yaşlı Heydərlə görüşəcək (FOTO)
Beyrutdakı partlayışdan görüntü


Əvvəl futbolçu öz "Qızıl butsu" mükafatının hərraca çıxararaq ondan gələn gəliri xeyriyyə məqsədilə istifadə edib. O, fələstinli uşaqlara maddi yardım edib.

Ronaldunun özünün də 1 oğlu var.

Ronaldo 3 yaşlı Heydərlə görüşəcək (FOTO)
Ronaldu və oğlu. Futbolçunun "İnstaqram" hesabı