"Real Madrid" klubunun və Portuqaliya milli komandasının ulduz futbolçusu Kriştianu Ronaldu Livanda terror aktı nəticəsində valideynlərini itirən 3 yaşlı Haydar Mustafa ilə görüşəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, jurnalist Rəna Hərbi #CristianoMeetHaidar haştaqından istifadə etməklə, Haydar barədə danışıb. "Real Madrid"in Livan birliyindən bildirilib ki, uşaqla görüşün təşkili üçün İspaniyadan zəng gəlib.

Qeyd edək ki, noyabrın 12-də Beyrutun çoxlu insan yaşayan şəhərətrafı yaşayış məntəqəsində kamikadzelər tərəfindən törədilən terror aktı nəticəsində 43 nəfər ölümü, 239 nəfərdən çox insanın yaralanması ilə nəticələnib.

Milli.Az