"Report"un verdiyi xəbərə görə, bu barədə “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevməlumat verib. Onun sözlərinə görə, hələlik qazanxanaların bir hissəsinə qaz verilişi bərpa olunub.
"Dünən bir hissəsini bərpa eləyiblər, Hissə-hissə bəzi yerlərdə artıq verilib, konkret rayon deyil, hər rayonda 3-5 qazanxananın qoşulmasına icazə verilib. Artıq dünən bir hissəsini qoşduq, bugün bir hissəni qoşacağıq. Danışıqlarımız davam edir. Bugün bir hissəsini bərpa edəcəklər. Danışıqların nəticəsinədən asılı olaraq yəqin ki, hamısının bərpa olunmasına nail olacağıq. Borcun bir hissəsi ödənilir, bir hissəsi razılıq alınır, həm bu məsələyə hökumətdə də baxılır. Çalışırq ki, borc məsləsinə görə vətəndaşlar soyuqda qalmasın. İki dövlət idarəsidir öz aramızda da həll edə bilərik. Bugünün sonuna kimi danışıqların yekunu bəlli olacaq. Çox güman ki, bu həftə ərzində bütün qazanlara qaz verilişi bərpa olunsun."
Borcun məbləğini və hansı hissənini ödənilməsini açıqlamayan R. Əliyev məbləğin əhəhmiyyət daşımadığını və mətbuatda borcun məbləği ilə uyazılan rəqəmlərin şişirdilmiş olduğunu qeyd edib.
"Köhnə borclarla bağlı fikir ayrılığı var. Onları onsuzda biz ödəyə bilməyəcəyik. Köhnə Bakı İstlik İdarəsinin vaxtından yığılıb qalmış borclardır. Bəzi məsələr var ki, onlara aydınlıq gətirilməlidir. Həm öz aramızda, həm də hökumət səviyyəsində bu məslələr baxılır. Hökumətə də də baxılır, müraciət eləmişik baxılır.
Borcun məbləği önəmli deyil.Borc hər dəqiqə dəyişən rəqəmdir. Hər dəqiqə borcun məbləği dəyişir. İşləyən qazanxanalarda borc əmələ gəlir. Mən deyim ki, filan rəqəm bir saatdan sonra dəyişib başqa rəqəm olacaq."