Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-da Azərbaycan Prezidenti İlham Əliyev ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə Ədliyyə Nazirliyinin bir qrup əməkdaşının orden və medallarla təltif olunması barədə sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, iki nəfər “Tərəqqi”, yeddi nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib.