İslandiyanın paytaxtı Reykyavikdə keçirilən şahmat üzrə Komandalararası Avropa çempionatında mübarizə davam edir.

Ötən gün turnirdə 7-ci turun görüşləri keçirilib. Kişilərdən ibarət millimiz Latviya ilə xalları yarı bölüb. Ermənistanla qarşılaşan qadınlardan ibarət Azərbaycan yığması isə rəqibi ilə 2:2-lik heç-heçəyə razı olub:

Kişilər

Latviya – Azərbaycan - 2:2

Aleksey Şirov – Şəhriyar Məmmədyarov - 0:1

İqor Kovalenko – Teymur Rəcəbov - 1:0

Arturs Neksans – Arkadi Naydiç - 0.5:0.5

Toms Kantans – Rauf Məmmədov - 0.5:0.5


Qadınlar

Ermənistan – Azərbaycan - 2:2

Elina Danielyan – Zeynəb Məmmədyarova - 0:1

Lilit Mkrtçan – Gülnar Məmmədova - 1:0

Lilit Qaloyan – Nərmin Kazımova - 0.5:0.5

Mariya Kursova – Ülviyyə Fətəliyeva - 0.5:0.5