Nazirin I müavini olan İltimas Məmmədova isə müavin vəzifəsi həvalə olunub

Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin I müavini vəzifəsinə təyin olunub.

Nazirlikdən APA-ya verilən məlumata görə, R. Quluzadə paralel olaraq nazir vəzifəsini müvəqqəti icra edir.

Bundan öncə R. Quluzadə Heydər Əliyev Fondunda departament direktoru vəzifəsini tutub.

Bunadək nazirin I müavini vəzifəsini tutan İltimas Məmmədova müavin vəzifəsi həvalə olunub.