Bakı. 26 noyabr. REPORT.AZ/ Ağcabədi rayonunda özünü jurnalist kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanıb. Ağcabədi Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, rayonun Avşar kənd sakini 47 yaşlı İlqar Zakir oğlu Şirinov rayon sakinlərin şikayəti əsasında tutulub. İ.Şirinov özünü jurnalist kimi təqdim edərək dələduzluq edib.
Belə ki, rayon sakinlərindən onları işə düzəltmək adi ilə ümümlikdə 10 000 manatdan çox pul alıb.
Ağcabədi RPŞ-nin əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində İ.Şirinov tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.