Naxçıvan şəhərində 320-si noyabr ayında olmaqla, ümumilikdə, 8620 ədəd sayğac quraşdırılıb.
Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkart tipli qaz sayğaclarının da quraşdırılması davam etdirilir.
71-i noyabr ayında olmaqla, ümumilikdə, Naxçıvan şəhərində 7787 ədəd sayğac quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib.