Bakı, 26 noyabr, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 26-27-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində M.Çavuşoğlunun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub. Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.