"Report" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, filologiya ixtisası üzrə təhsil alanların 85,5 faizini qadınlar təşkil edir. İqtisadi sahə üzrə təhsil alanların isə 66,6 faizi kişilərdir.
Elmlər doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların 194 nəfəri Təhsil Nazirliyində, 95-i Kənd Təsərrüfatı Nazirliyində, 13 nəfəri İqtisadiyyat və Sənaye Nazirliyində, 175 nəfəri isə AMEA-da təhsillərini davam etdirir.
Doktorluq proqramında memarlıq, fəlsəfə, psixologiya ixtisasları üzrə təhsil alanların hamısı qadınlardır. Filologiya ixtisası üzrə təhsil alnların 71 faizi qadınlar, fizika-riyaziyyat ixtisası üzrə təhsil alanların isə 70 faizi kişilərdir.