Bakı, 27 noyabr, AZƏRTAC
Bu həftə keçirilmış Çempionlar Liqasının qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu bəlli olub.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Barselona” komandasının forvardı Lionel Messi turun ən yaxşı futbolçusu adına layiq görülüb. O, azarkeşlər arasında keçirilən sorğuda birinci yeri tutub.