Günün ilk qaşrılaşmasında AZAL "Sumqayıt" klubunu qəbul edəcək. "AZAL Arena"da keçirilək qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. Komandalar bugünədək ölkə çempionatında 17 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 6-da "təyyarəçilər", 3-də isə şəhər təmsilçiləri qələbəyə sevinib. Qalan 8 oyunda isə bərabərlik qeydə alınıb. Cütlüyün ardıcıl 3 matçında heç-heçə qeydə alınıb. AZAL indiyədək öz meydanında "Sumqayıt"a məğlub olmayıb. Samir Abasovun rəhbərlik etdiyi komanda bu görüşdən qalib ayrılacağı təqdirdə ən yaxın qonşusu "Neftçi" ilə xal fərqini 1-ə endirəcək. AZAL isə 3 xal sayəsində "Sumqayıt"la xallarını bərabərləşdirəcək.
"Zirə" isə "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. Orxan Məmmədovun idarə edəcəyi qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Komandalar cəmi bir dəfə üz-üzə gəliblər ki, həmin görüşdən də "ağ-yaşıllar" minimal hesablı məğlubiyyətlə ayrılıb. Meydan sahibləri bu görüşdən qalib ayrılacağı təqdirdə ilk 3-lükdə qərarlaşacaq. Sonuncu pillələrdə məskunlaşan "Xəzər Lənkəran" isə qələbə sayəsində mövqeyini bir pillə yaxşılaşdıra bilər. Təbii ki, bunun üçün AZAL - "Sumqayıt" görüşündə qonaqlar xal itirməlidir.
Premyer Liqa, XIV tur
14:30. AZAL – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
"AZAL Arena".
16:30. "Zirə" – "Xəzər Lənkəran"
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Zirə İdman Kompleksinin stadionu