Çinin Sintay şəhərində çox qəribə hadisə yaşanıb.
Milli.Az bildirir ki, şəhərdəki yolayrıclarından birində piyada keçidinə yaxınlaşan iki avtomobili, sanki, gözəgörünməz qüvvə qaldırıb. Bu zaman əks istiqamətə hərəkət edən maşının arxa hissəsi də qalxıb, düşüb.
Yolayrıcındakı bu levitasiyanı ekspretlər izah edə bilməyiblər.
Şəhər polisi isə bildirir ki, hadisənin səbəbi yola düşmüş dəmir tros olub. Yük avtomobili dönərkən təkərləri bu trosa ilişib, tros da minik avtomobillərini və mikroavtobusu qaldırıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.





