Türkiyənin İstanbul şəhərində 25 yaşlı Hamdullah Ayaydını və 19 yaşlı baldızını insanların gözü qarşısında vəhşicəsinə bıçaqlayan şəxslərin kimliyi məlum olub.

ANS PRESS-in məlumatına görə, polisin keçirdiyi əməliyyat zamanı həmin şəxslər tutulublar.

Polis həmin şəxsləri hadisə baş verən yolda quraşdırılan müşahidə kameraları vasitəsilə tapıb. Onların kimliyi araşdırılıb. Araşdırmalar zamanı məlum olub ki, dəhşəti cinayəti törədənlər gənc qızın qardaşarı və əmioğlularıdır. Onlar hadisəni ailələrinin namusunu təmizləmək məqsədilə törətdiklərini bildiriblər.

Qeyd edək ki, Türkiyədə bacısını ərinə qoşulub qaçan 19 yaşlı qız və onun yeznəsi vəhşicəsinə bıçaqlanıb. Hadisə Türkiyənin İstanbul şəhərində olub. Mardindən qaçan 25 yaşlı oğlanla 19 yaşlı qız avtobusdan düşən kimi 4 nəfər bıçaqlı şəxs onlara hücum edib. Əvvəlcə oğlanı bıçaqlayıblar. O, yerə yıxılandan sonra qıza hücum ediblər.

Oğlan yerindəcə keçinib. Qız isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Qız ölən oğlan üçün sevgilim deyərək bağırıb.

Hadisəni görənlərin sözlərinə görə, qız bıçaqlı adamlara baxanda birinə "qardaşım" deyib. Bundan başqa, qızın atası bir gün əvvəl qızının itkin düşməsi haqqında polisə müraciət edib.

Sonradan məlum olub ki, gənc oğlanla qaçan qız onun baldızı olub. Hazırda qızın adı dəyişdirilib. Onu qorumaq üçün plastik əməliyyat olunacaq. Hazırda həmin qız polisin xüsusi nəzarəti altında qorunur.

Baldızını qaçıran gənci öldürənlər tutuldu (VİDEO, FOTO,+18 TƏFƏRRÜAT)