Bakı, 6 fevral, AzərTAc
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) “Diplomatiya tarixi və diplomatiya dərsləri” adlı fotosərgi açılıb.
RİMM-dən AzərTAc-a verilən məlumata görə, sərginin ekspozisiyası Rusiyada Diplomatik İşçilər Gününə həsr edilib. Rusiya diplomatik işçilərinin peşə bayramı Rusiya Prezidenti Vladimir Putinin fərmanına müvafiq olaraq 2002-ci ildən bəri hər il fevralın 10-da qeyd edilir.
Ekspozisiyanın əsasını müxtəlif dövrlərə aid, o cümlədən Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin tarixini əks etdirən fotosənədlər təşkil edir.
Sərginin ilk tamaşaçıları bakılı məktəblilər və tələbələr olub. Sərgi fevralın 10-dək davam edəcək.
Bakıda “Diplomatiya tarixi və diplomatiya dərsləri” adlı fotosərgi açılıb