NBA-nın müntəzəm çempionatında mübarizə davam edir.

Noyabrın 29-dan 30-na keçən gecə NBA-da ümumilikdə 7 görüş keçirilib. Gecənin mərkəzi oyununda "Finiks" "Toronto"nu məğlub edib. "Filadelfiya" bu səfər "Memfis"ə uduzub. "76ers" mövsümün startından bəri qələbə üzünə həsrətdi. Bununla da "Filadelfiya" NBA-da mövsümün ən bərbad başlanğıc antirekorduna ortaq olub.

Nəticələri təqdim edirik:

"Klippers" - "Minnesota" - 107:99

"Bruklin" - "Detroyt" - 87:83

"Memfis" - "Filadelfiya" - 92:84

"Orlando" - "Boston" - 110:91

"Toronto" - "Finiks" - 102:107

"Nyu-York" - "Hyuston" - 111:116 (overtaym)

"Leykers" - "İndiana" - 103:107