Səfirliyə silahlı hücum

Səfirliyə silahlı hücum
02:46 30 Dekabr 2014
86 Dünya
Ölkə mətbuatı
A- A+

Qətərin Türkiyənin paytaxtı Ankara şəhərindəki səfirliyi silahlı hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, hücum nəticəsində mühafizəçilərdən biri yaralanıb.

Məlumata görə, səfirliyin qapısında avtomobilini saxlamaq istəyən şəxsə xəbərdarlıq etmək üçün mühafizəçi köşkündən çıxan Oqtay Gürbüz başqa bir avtomobildə olan naməlum şəxsin silahdan açdığı atəşlə iki yerindən yaralanıb.

Çiynindən və ayağından yaralanan mühafizəçi xəstəxanaya çatdırılıb.

Faktla bağlı polis araşdırmalara başlayıb. Hücumu törədən şəxsin axtarışları davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR