Bakı, 6 fevral, AzərTAc
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Kino hamı üçün” layihəsi çərçivəsində Böyük Vətən müharibəsi haqqında sənədli və bədii filmlərin nümayişinə başlanıb.
RİMM-dən AzərTAc-a bildiriblər ki, ilk olaraq “Qələbə marşalları” tarixi seriyasından marşal Kliment Voroşilov haqqında sənədli film və “Müharibədə müharibə qanunları” bədii filmi (“Lenfilm” kinostudiyası, 1968-ci il) nümayiş etdirilib.
Veteranlar, tələbələr, məktəblilər, ictimai qurumların nümayəndələri RİMM-in kino salonuna toplaşıblar.
RİMM-də müharibə mövzusunda filmlər həftənin cümə axşamları nümayiş etdiriləcək. Baxışın repertuarına müharibə, görkəmli sovet sərkərdələri və sıravi əsgərlər haqqında filmlər, o cümlədən Azərbaycan kinematoqrafçılarının filmləri daxil edilib.
Böyük Vətən müharibəsi haqqında filmlərin nümayişinə başlanıb