"Mövsümə pis başlamağımız təbii idi"

"Mövsümə pis başlamağımız təbii idi"
19:42 2 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un hücumçusu Paulo Dibala komandanın mövsümə pis başlamasına şərh verib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu bu barədə deyib:

"Komandanın heyətində ciddi dəyişikliklər baş verdi. Buna görə mövsümə zəif start təbii idi. Məşqçinin planlarını həyata keçirmək üçün gərgin çalışırıq. Komandada hər kəs eyni mövqedə dayananda zirvəyə doğru hərəkət edəcəyik. Morata əla oyunçudur. "Milan"ın qapısına vurduğum qoldan sonra məni ilk təbrik edən oldu. O, hər məşqdə tam gücünü ortaya qoyur ki, yaxşı forma qazansın. Mövsümün sonunda daha yaxşı vəziyyətdə olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR