ASAN 78 fiziki qüsurlu uşağa şəxsiyyət vəsiqəsi verib

ASAN 78 fiziki qüsurlu uşağa şəxsiyyət vəsiqəsi verib
16:59 3 Dekabr 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

“ASAN xidmət”in “Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir.

Dövlət Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün “ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi və Sağlam Ailə Tibb Mərkəzinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” adlı sosial aksiyası çərçivəsində Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin şagirdlərinə şəxsiyyət vəsiqələri verilib.

Aksiya çərçivəsində sosial xidmət müəssisəsinin 78 şagirdinə şəxsiyyət vəsiqəsi təqdim edilib.

Məqsəd sağlamlıq imkanları məhdud uşaqların “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

 




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR