Elmar Məmmədyarov: "Təcavüzkarın məmnun edilməsi onu daha da həvəsləndirir"

Elmar Məmmədyarov: "Təcavüzkarın məmnun edilməsi onu daha da həvəsləndirir"
11:19 4 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 3-də xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının Serbiyada keçirilən 22-ci görüşündə çıxış edib. Lent.az-ın XİN-nin saytına istinadən məlumatına görə, nazir çıxışında bu ilki Nazirlər Şurasının sülh və təhlükəsizliyə ciddi təhdidlərin baş verdiyi bir dövrə təsadüf etdiyini deyib: “Türkiyə və Fransada törədilmiş son terror aktları, iştirakçı dövlətlərin ərazilərinin hərbi işğalı və daimi məcburi köçkün və qaçqınlar böhranı təhlükəsizliyimizə təhdid olmaqda davam edir. Yekun Aktının 40 illiyini qeyd etdiyimiz bir zamanda ATƏT-in fəaliyyətinin gücləndirilməsi üçün ATƏT-in prinsiplərinin bir daha təsdiq edilməsindən daha çox, iştirakçı dövlətlərin öhdəliklərə əməl etməsini təmin edəcək praktik ölçülərin müəyyənləşdirilməsinə ehtiyac olması barədə ümumi yanaşma var. Fikrimizcə, bəzilərinin bəyan etdiyinin əksinə olaraq, prinsiplər arasında hər hansı ziddiyyət və ya daxili münaqişə yoxdur. Yekun Aktın tərtib edilməsi tarixinə nəzər salsaq, Avropa qitəsində sülhün qorunub saxlanılmasına dair müfəssəl təhlükəsizlik konsepsiyasının özəyi kimi, iştirakçı dövlətlər arasında ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc tətbiq etmək və ya təhdid etməklə pozulmasından çəkinməyə dair öhdəlik götürülməsinə ehtiyac olması barədə tam konsensus olmuşdur. Bu, Yekun Aktının əsas gücü olmaqda da davam edir”.

 

Hazırda ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulduğunu deyən nazir insan hüquqları ölçüsünün təzyiq aləti kimi yanlış istifadəsinə cəhdlərin ATƏT daxilində etimad böhranını dərinləşdirdiyini bildirib: “Müvafiq mandatların pozulması və ATƏT-in icraedici strukturlarının fəaliyyətində ciddi çatışmazlığın inkarı onların müqabil olmasını sual altına qoyur. İştirakçı dövlət icraedici struktur tərəfindən mandatın ciddi şəkildə pozulmasına dair xəbərdarlıq edirsə, bu məsələ nəzərdən keçirilməli və ATƏT-in maraqları çərçivəsində nizamlanmalıdır.

 

Bu kontekstdə, iştirakçı dövlətin seçkilərlə bağlı yardım tipli əməkdaşlıq xahişinə ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun imtinası nəticəsində yaranmış spesifik vəziyyəti diqqətə çəkmək istərdim. ATƏT-in qurumu tərəfindən mandatının pozulması DTİHB ilə gələcək əməkdaşlığımızın perspektivlərinə mənfi təsir göstərməyə bilməz. Bununla əlaqədar, əminik ki, bu vəziyyət araşdırılmalı və bu kimi insidentlərin gələcəkdə yenidən baş verməsinin qarşısının alınması üçün müvafiq prosedurlar yerinə yetirilməlidir. Mən Nazirlər Şurasını Nümayəndəliyimiz tərəfindən irəli sürülmüş təklifi əsaslı nəzərdən keçirməyə çağırıram”.

 

“ATƏT məkanında həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə əsas təhdid və çağırış olmaqda davam edir”, deyə nazir çıxışını davam etdirib: “Təəssüflə qeyd etməliyəm ki, Bazeldə keçirilmiş son Nazirlər Şurası görüşündən sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində real irəliləyiş olmayıb. Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlər dövlətlərinin prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin sülh müqaviləsi üzərində nəticə yönümlü danışıqlara başlamasına dair çağırışlarına məhəl qoymur. Ermənistan rəhbərliyi qeyri-qanuni güc tətbiqi və etnik təmizlənmə vasitəsilə yaradılmış davamlı olmayan status-kvonun möhkəmləndirilməsi üçün danışıqlarda iştirak görüntüsü yaradır. Təcavüzkar və təcavüzün qurbanı olan tərəfə “tarazlı” və fərq qoyulmadan yanaşma heç vaxt arzulanan nəticəni verməyəcək. Təcavüzkarın məmnun edilməsi onu yalnız daha da həvəsləndirir. Misal olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi məqsədilə beynəlxalq humanitar və insan hüquqlarının açıq şəkildə pozulması ilə işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanın aparılması, infrastrukturun dəyişdirilməsi, qeyri-qanuni olaraq mülkiyyətin, təbii resursların və digər sərvərlərin istismarı və ticarətini qeyd etməliyəm. Bu kontekstdə, bu təşkilatın siyasi nizamlanma vasitələrinin işlək saxlanılmasına xidmət edən prinsip və dəyərlərinin müdafiəsi istiqamətində iştirakçı dövlətlərin prinsipial mövqe nümayiş etdirməsi çox vacibdir”.

 

E. Məmmədyarov deyib ki, işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu istənilən vaxta gərginliyin artması ilə gözlənilməz fəsadlar doğuracaq və qeyri-sabitlik yaradacaq: "Bununla da münaqişənin nizamlanması BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1193) saylı qətnamələrində də tələb olunduğu və ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin mandatında da əks olunduğu kimi, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması ilə başlanmalıdır. Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulması və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılması həmçinin mühüm etimadyaradıcı tədbir olacaq və sülh prosesinin dinamikasını tamamilə dəyişərək, Cənubi Qafqaz regionunun hərtərəfli və davamlı inkişafı üçün geniş imkanlar aça bilər. Bu, həmçinin zorla öz evlərindən didərgin salınmış əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına, münasibətlərin normallaşmasına, regionda kommunikasiyanın bərpasına, eyni zamanda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmasına Azərbaycan daxilində birgə gələcək perspektivlərinin müzakirəsi məqsədilə real, obyektiv şəraitin yaradılmasına yol açacaq. Bu baxımdan, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülmüş, digər Minsk Qrupu həmsədrləri tərəfindən dəstəklənmiş ideyalar sülh danışıqlarında irəliləyişə nail olunması istiqamətində çox yaxşı təkan ola bilər”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

2017-ci ilin birinci yarısında kiberhücumlardan dəymiş zərərin həcmi məlum olub

22 Sentyabr 2017 17:35

İspaniya Kataloniyaya ordu yeritdi

22 Sentyabr 2017 17:33

Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

22 Sentyabr 2017 17:32

Təmizləyici vasitənin reklamı dayandırıldı

22 Sentyabr 2017 17:31

Azərbaycanda keçmiş bələdiyyə sədri həbsdə öldü

22 Sentyabr 2017 17:29

Bakıda polis bölmələrindən birinə yeni rəis təyin edilib

22 Sentyabr 2017 17:27

"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub saxlanıb"

22 Sentyabr 2017 17:27

Sabiq nazir müavinin oğlu ölkədən çıxıb

22 Sentyabr 2017 17:24

Sentyabrın 25-nə manatın MƏZƏNNƏSİ

22 Sentyabr 2017 17:23

“2018-ci ilin yazında müharibə...” - Rusiyalı ekspertdən PROQNOZ

22 Sentyabr 2017 17:23

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

22 Sentyabr 2017 17:22

Növbəti 3 günə olan məzənnə

22 Sentyabr 2017 17:21

"Ağıllı" qapı zəngi hazırlanıb - FOTO

22 Sentyabr 2017 17:18

Almaniya Vyetnamla strateji tərəfdaşlığı dayandırır

22 Sentyabr 2017 17:17

Hərbi təlimlərə döyüş helikopterləri də qoşulub

22 Sentyabr 2017 17:15

“Çelsi” rəsmən təsdiqlədi: Kosta “Atletiko”da

22 Sentyabr 2017 17:14

Gənc Tamaşaçılar Teatrı oktyabr ayına olan repertuarını açıqlayıb

22 Sentyabr 2017 17:12

Sizi 15 günə qarın piylərindən 4 kilo xilas edəcək

22 Sentyabr 2017 17:10

2 başlı, 3 ciyərli, 4 əlli insanlar: Belə uşaqların doğulmaması üçün nə etməli? - ARAŞDIRMA

22 Sentyabr 2017 17:08

“Qara Bazar”a son zərbə

22 Sentyabr 2017 17:04

Lütfi Zadənin nəşinin Bakıya gətirilməsinin GECİKMƏ SƏBƏBİ BİLİNDİ: "Cümə günü..."

22 Sentyabr 2017 17:03

Bakı-Qazax yolunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb

22 Sentyabr 2017 17:02

Bu il İtaliya səfirliyinin azərbaycanlı tələbələrə verdiyi vizaların sayı açıqlanıb

22 Sentyabr 2017 17:02

Mədəniyyət və Turizm Nazirliyi Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə münasibət bildirib

22 Sentyabr 2017 16:57

Hərdən AFFA və PFL-ə yazığım gəlir

22 Sentyabr 2017 16:57

“Bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir”

22 Sentyabr 2017 16:56

İstanbulu fəth edən Çinarə Məlikzadə bütün GİZLİNLƏRİNİ AÇDI: “Ailə qurandan sonra...” - MÜSAHİBƏ

22 Sentyabr 2017 16:53

Üzeyir Hacıbəyova qarşı tərbiyəsizlik edənlərə CƏZA

22 Sentyabr 2017 16:51

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir"

22 Sentyabr 2017 16:47

Bakıda avtobuslarda gediş haqqı bahalaşıb?

22 Sentyabr 2017 16:45

Röya Zabit Səmədovla SEVGİLİ OLMASINDAN DANIŞDI: “O mənim...” - FOTO

22 Sentyabr 2017 16:43

120 manata görə iki qardaşa 5 İL HƏBS

22 Sentyabr 2017 16:39

“İDEAL”ın keçmiş baş direktoruna cinayət işi açıldı

22 Sentyabr 2017 16:38

"Qara bazar"a son zərbə

22 Sentyabr 2017 16:37

Azərbaycanlı aktrisa çəkiliş meydançasında

22 Sentyabr 2017 16:37

“Hamı üçün İKT” sosial layihəsinə start verilib

22 Sentyabr 2017 16:35

Sifəti tanıyan qapı zəngi yaradılıb

22 Sentyabr 2017 16:35

“TurAz Qartalı-2017” təlimlərinə döyüş helikopterləri də qoşuldu

22 Sentyabr 2017 16:34

Piyadaların nəzərinə: Reyd keçirilir

22 Sentyabr 2017 16:33

Bakıda yeraltı və yerüstü keçidlərdən istifadə etməyən piyadalara qarşı reyd keçirilib

22 Sentyabr 2017 16:32

"QəbuldASAN" verilişi yeni mövsümə start verir

22 Sentyabr 2017 16:29

Baş nazir: “Ölkəmin zülmkar keçmişindən utanıram”

22 Sentyabr 2017 16:28

Bakıda V İnvestorlar Yarmarkası keçiriləcək

22 Sentyabr 2017 16:27

Qaradağda saxta pul əskinasları kəsməkdə təqsirləndirilən şəxslərin cəzaları azaldılıb

22 Sentyabr 2017 16:27

“Məşhurların çoxu belə arıqlayıb, hamısı gizlədir”

22 Sentyabr 2017 16:25

Poroşenko ABŞ-la silah razılaşmasından danışdı

22 Sentyabr 2017 16:23

Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

22 Sentyabr 2017 16:22

Millət vəkili Türkiyədə tədbirə qatıldı

22 Sentyabr 2017 16:19

Avropa çempionatı: Azərbaycan və Macarıstan voleybol yığmalarının heyəti müəyyənləşib

22 Sentyabr 2017 16:17

Azərbaycandan xaricə əməliyyata xəstə göndərilməsi dayandırıldı

22 Sentyabr 2017 16:14