​Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib

​Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib
13:57 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Qazaxıstan iqtisadi əməkdalıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilib. "Report"un məlumatına görə, iclasda iki ölkə arasında bir çox sahələrdəki əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. 
İclasda çıxış edən komissiyanın azərbaycanlı həmsədri energetika naziri Natiq Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin azaldığını və tərəflərin bununla bağlı konstruktiv müzakirələr apararaq konkret təkliflərlə çıxış etdiyini bildirib.
N.Əliyev əsas müzakirələrin nəqliyyat, standartlaşdırma, kənd təsərrüfatı, mədəniyyət, turizm və başqa sahələri üzrə aparıldığını qeyd edib:
"Qazaxıstanla Azərbaycan arasındakı ticarət dövriyyəsi çox zəifdir. Bu, bizim potensialımızı əks etdirmir. Neftin qiymətinin ucuzlaşması hər iki ölkəyə təsir edib. Azərbaycanla Qazaxıstan neft ölkəsi olduğundan, neftin ucuzlaşması gəlirlərimizə təsirsiz ötüşməyib. Biz iclasda əsasən qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğumuzu qeyd etdik. Hər iki ölkə nəqliyyat infrastrukturunu genişləndirməkdə maraqlıdır. Dəniz daşımalarının həcmi artdığı halda, ticarət dövriyyəsi də artacaq. Həmçinin, Qazaxıstanda logistika mərkəzi tikmişik. Qazaxıstan özü də Aktauda logistiuka mərkəzi tikir. Bu həm də Qazaxıstandan taxıl və digər məhsulların Azərbaycana gətirilməsinə şərait yaradacaq".

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/bakida-azerbaycan-qazaxistan-hokumetlerarasi-komissiyasinin-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR