Sərgidə 200 adda kitab nümayiş olunub

Sərgidə 200 adda kitab nümayiş olunub
15:13 4 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 4 dekabr, AZƏRTAC 
Dekabrın 4-də Sumqayıt şəhər Səməd Vurğun adına mərkəzi kitabxananın xidmət və uşaq şöbələri Zəngilan rayon 11 saylı tam orta məktəbdə səyyar sərgi təşkil edib.
AZƏRTAC xəbər verir ki, sərgidə elm sahələri ilə yanaşı, uşaq ədəbiyyatı da əks olunub. Ümumiyyətlə, latın və kiril qrafikalı 200 adda ədəbiyyat nümayiş etdirilib. Kitabxanalara yeni oxucular cəlb etmək və mütaliəni artırmaq məqsədi daşıyan sərgi həm müəllimlər, həm də şagirdlər tərəfindən maraqla qarşılanıb.
Məktəbin direktoru Surxay Cabbarov və dərs hissə müdiri Güləli Məmmədov kitabxana kollektivinə sərginin təşkilinə görə minnətdarlığını bildirib və belə tədbirlərin davamlı olmasını arzulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR