KİV-ləri yalan informasiyaya görə məsuliyyətə cəlb edəcəklər

KİV-ləri yalan informasiyaya görə məsuliyyətə cəlb edəcəklər
17:12 4 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan KİV-ləri dini ekstremizmə qarşı xüsusi əməliyyatın keçirilməsi yerindən qeyri-dəqiq məlumatın yayılmasına görə məsuliyyətə cəlb ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin təsdiq etdiyi "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanunla nəzərdə tutulub.

Yeni qanuna əsasən, KİV xüsusi əməliyyatın taktikası və bu zaman istifadə edilən texnika barədə məlumat yaymaq hüququna malik deyil. KİV, həmçinin əməliyyatın keçirilməsinə mane ola biləcək, xüsusi əməliyyatın keçirildiyi yer yaxınlığında yerləşən insanların səhhətinə zərər vura biləcək məlumatı, eləcə də dini ekstremizmi təbliğ edən və ona haqq qazandıran məlumatı yaymaq hüququna malik deyil.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR