Bakı sakinlərindən Davudoğluna hədiyyə

Bakı sakinlərindən Davudoğluna hədiyyə
09:46 5 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakinləri Türkiyənin baş naziri Əhməd Davudoğluna şeir oxudular və xalça hədiyyə ediblər.

ANS PRESS-in məluatına görə, maraqlı hadisələr baş nazirin qaldığı otelin foyesində baş verib. Bakı sakinin oxuduğu şeir Türkiyə-Azərbaycan dostluğuna həsr edilib.

Həmçinin baş nazirə üzərinə rəsmi həkk edilən xalça hədiyyə edilib.

Azərbaycana iki günlük rəsmi səfərə gələn Türkiyənin baş naziri Əhməd Davudoğlunun səfəri ötən gün başa çatıb.


Əhməd Davudoğlun şəkilli olan hədiyyə xalça


Davudoğlu Azərbaycan rəhbərliyinə və vətəndaşlarına isti münasibəti ilə diqqət cəlb edib. O, Bakıda “Əjdər Bəy Məscidi'”də Cümə namazı qılıb. Əbədi Məşəl önünüə əklil qoyan, şəhidlərin xatirəsini anan Davudoğlu burada Azərbaycan bayrağını öpərək alnına qoyub.



Nazir iki ölkənin həyata keçirdiyi enerji layihələri, Rusiya və Türkiyə arasındakı gərginlik və Dağlıq Qarabağla bağlı bəyanatlar verib. Davudoğlu səfər çərçivəsində prezident İlham Əliyevlə görüşüb.

Baş naziri Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, köməkçiləri Yalçın Akdoğan və Mehmet Şimşək, İqtisadiyyat naziri Mustafa Elitaş, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Faruk Çelik, Mədəniyyət və Turizm naziri Mahir Ünal, Nəqliyyat, Dənizçilik naziri Binali Yıldırım müşayiət edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR