"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı bir çox məşhurlar öz instaqram səhifələrində zərərçəkənlərə və bütün Azərbaycan xalqına başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə "#PrayForAzerbaijan", "#gunashli", "#baku", "#azerbaijan", "#aztagram" həştəqləri ilə yazılar, şəkillər paylaşılıb.

Xəzər dənizindəki yanğınla bağlı başsağlığı verənlər içərisində yerli şou-biznes nümyndələri, sənətçilərlə yanaşı türkiyəli tanınmışlar da var.

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva da öz instaqram səhifəsində faciə ilə bağlı şəkil paylaşıb.

ALLAH RƏHMƏT ELƏSİN...

Фото опубликовано Official page of Leyla Aliyeva (@leyla999)





Aşıq Samirə, Firəngiz Mütəllibova, Elza Seyidcahan öz sosial şəbəkə səhifələrində doğmalarını itirənlərə başsağlığı verib, səbr diləyib.

Aygün Kazımova isə instaqram səhifəsində Günəşli yatağında dekabrın 4-də baş verən yanğınla yanaşı 19 may faciəsini də xatırladıb.

#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır
Aygün Kazımovanın instaqram səhifəsindəki paylaşımı


4 dekabr faciəsi ilə bağlı türkiyəli məşhurlar da Azərbaycan xalqına başsağlığı verib, Azərbaycanın dərdinə şərik olduqlarını bildiriblər.

Onlar içərisində müğənni Demet Akalın, Petek Dinçöz, stilist, Nurella ləqəbli Nur Yerlitaş, İbrahim Tatlısəsin oğlu İdo da var.

Məşhurların bəziləri həlak olanlarla bağlı başsağlığı verib, bəziləri isə Azərbaycan və Türkiyə xalqlarının birliyini xatırladıb. Stilist Nurella Səməd Vurğunun müəllifi olduğu "Ayrılarmı könül candan" sözlərini yazıb.

#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır
Demet Akalının instaqramda paylaşdığı şəkil

#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır
İdo Tatlısəsin "Günəşli" faciəsi ilə bağlı paylaşdığı şəkil