Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə başsağlığı verib

Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə başsağlığı verib
17:12 6 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.
Başsağlığında deyilir:
"Hörmətli İlham Heydər oğlu,
“Günəşli” dəniz yatağındakı platformada baş vermiş faciə barədə xəbər Sizin kədərinizə şərik olan belarusluları qəlbən sarsıtdı.
Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə sağalmağı arzu edirəm".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR