SOCAR-ın vitse-prezidentləri xəsarət alan neftçilərə baş çəkiblər

SOCAR-ın vitse-prezidentləri xəsarət alan neftçilərə baş çəkiblər
18:07 6 Dekabr 2015
57 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər.
"Report" xəbər verir ki, vitse-prezidentlər Bədəl Bədəlov, Elşad Nəsirov, Xaliq Məmmədov, Tofiq Qəhrəmanov xəstələrin səhhəti ilə maraqlanıblar.
Qəzada xəsarət almış səkkiz nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/socar-in-vitse-prezidentleri-xesaret-alan-neftcilere-bas-cekibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR