İtkin düşən 3 neftçinin axtarışlarına sualtı gəmi cəlb olundu

İtkin düşən 3 neftçinin axtarışlarına sualtı gəmi cəlb olundu
13:24 7 Dekabr 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Axtarışlar 501 saylı və yaxın estakadalarda davam etdiriləcək

"Neft Daşları"nda baş verən qəza nəticəsində itkin düşmüş 3 neftçinin axtarışları ilə əlaqədar sualtı axtarışlara başlanıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.

 

B. Ağarəhimov bildirib ki, axtarışlar "Geofizika" gəmisi ilə aparılır: "Dünən başlamaq istədiyimiz axtarışlar güclü külək, suyun bulanıq olması səbəbindən effekt verməyib. Bu gün dənizin nisbətən sakitləşməsi imkan verir ki, axtarışları suyun altında da davam etdirək. İlk öncə axtarışlar 501 saylı, ondan sonra yaxın estakadalarda davam etdiriləcək. Bu sahədə FHN-in vertolyotları da axtarışları davam etdirir".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR