FHN: "3 helikopter axtarış-xilasetmə tədbirlərini davam etdirir"

FHN: "3 helikopter axtarış-xilasetmə tədbirlərini davam etdirir"
13:34 7 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yanğınla nəticələnən partlayış hadisəsi ilə əlaqədar növbəti məlumat yayıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 7 dekabr saat 13:00-a olan məlumata görə, hadisə yerində FHN-in 3 helikopteri axtarış-xilasetmə, 3 “Vixr” gəmisi yanğınsöndürmə işlərini davam etdirir. Həmçinin, Dövlət Sularda Xilasetmə Xidmətinin 2 kateri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vizual axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR