Admir Telini qovan hakim "Qəbələ" üçün gəlir

Admir Telini qovan hakim "Qəbələ" üçün gəlir
15:22 7 Dekabr 2015
14 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində son turun hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA "Qəbələ" - “Krasnodar” (Rusiya) oyununu rumın ədalət təmsilçilərinə tapşırıb.


Qarşılaşmanı İstvan Kovaks idarə edəcək. Ona Miklos Naqi və Vasile Marinesku yardımçı olacaq. Dördüncü hakim funksiyasını Mihay Artene yetirəcək. Pavel Balaj və Marius Avram isə matça əlavə köməkçi hakim kimi təyinat alıb.


İstvan Kovaks bizə tanış hakimdi. Belə ki, o, 2010/11 mövsümündə Avropa Liqasının I təsnifxat mərhələsində "Qarabağ" - "Metallurq" matçını idarə edib. 2010-cu ilin 1 iyulunda baş tutan oyunda "Qarabağ" 4:1 hesablı qələbə qazanıb. Referi Admir Telini meydandan qovub, Rəşad Sadiqovla Georgi Adamiyaya sarı vərəqə göstərib. 


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR