Zabit Səmədov Qroznıda revanş döyüşünə çıxacaq

Zabit Səmədov Qroznıda revanş döyüşünə çıxacaq
16:32 7 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov polşalı Pol Slovinski ilə revanş döyüşünə çıxacaq. "Report"un məlumatına görə, görüş Çeçenistanın paytaxtı Qroznıdakı "Kolizey" idman zalında keçiriləcək.


"Mauqli" və "Jalo" ləqəbli idmançıların qarşılaşması dekabrın 26-da "Akhmat Fight Show" turniri çərçivəsində baş tutacaq. Gecədə Səmədovun təmsil olunduğu "Akhmat" klubunun digər üzvlərindən Salamu Abdurəhmanov, Zurab Beterqarayev, Beslan Uşukov və s. döyüşçülər də mübarizə aparacaq. Eyni zamanda ağır çəkidə Roman Krıklya (Ukrayna) - Konstantin Qluxov (Latviya), Maksim Qrişin (Rusiya) - Stjepan Bekavaç (Xorvatiya) döyüşləri də olacaq.


Qeyd edək ki, Zabit Səmədov və Pol Slovinskinin 2007-ci ildə Hollandiyada keçirilmiş ilk döyüşündə azərbaycanlı K-1 ustası məğlub olub.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR