İtkin düşən neftçilərin xilasetmə işləri axıradək davam etdiriləcək

İtkin düşən neftçilərin xilasetmə işləri axıradək davam etdiriləcək
16:33 7 Dekabr 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin xilasetmə işlərini axıradək davam etdiriləcək. Texniki vəsaitlərimiz və qüvvələrimiz buna tam imkan verir".

Trend-in məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

B.Ağarəhimov bildirib ki, şəxsiyyəti müəyyən edilən 2 nəfərin əynində xilasetmə jileti olub: "Dənizdə adamsız olan xilasetmə jiletləri də olub. Bundan sonra tapılan cəsədlərdə xilasetmə jiletləri olmaya bilər, çünki onlar əyindən çıxır".

O, əlavə edib ki, hadisə baş verən gün hava şəraiti ilə əlaqədar iş rejimi olmayıb: "Əgər iş olsaydı, onda hamı platformada həlak olardı və heç kəsi də xilas etmək mümkün olmazdı".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR