Azərbaycanda dini qurumların yaradılması və fəaliyyət qaydasını pozanlar böyük məbləğdə cərimələnəcək

16:02 8 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan layihədə qeyd olunub ki, dini qurumların müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun qaçırmasına, dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına, ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə, dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə, dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə fiziki şəxslər 1 500, manatdan 2 000 manatadək, vəzifəli şəxslər 7 000 manatdan 8 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Müzakirələrədn sonra layihə Mİlli Məclisin plenar iclasında tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycanda-dini-qurumlarin-yaradilmasi-ve-fealiyyet-qaydasini-pozanlar-boyuk-meblegde-cerimelenece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR