"Xəzər Lənkəran"ın planları dəyişdi

"Xəzər Lənkəran"ın planları dəyişdi
11:06 9 Dekabr 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XVI turunun hazırlığını davam etdirən "Xəzər Lənkəran" məşqlərini Lənkərandakı bazasında keçir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təqvim dəyişikliyi ilə əlaqədar növbəti turun AZAL-la səfər matçını dekabrın 13-də keçirəcək cənublular gündə bir dəfə olmaqla hazırlığı keçirib, dekabrın 12-də paytaxta yola düşəcəklər.
 
Komandanın zədəli futbolçularından İlyas Səfərzadə, Kazım Kazımlı və Elnur Cəfərovun müalicəsi klubun tibbi korpusunun nəzarəti altında davam etdirilir. Cəzalı duruma düşən İlyas Səfərzadə bu matçda "ağ-yaşıllar"a kömək edə bilməyəcək. Əvəzində cəza müddəti bitən Elşən Rzazadə "təyyarəçilər"lə görüşdə heyətdəki yerini tuta biləcək.
 
Qeyd edək ki, dekabrın 13-də keçiriləcək AZAL - "Xəzər Lənkəran" oyunu saat 15:00-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR