Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başlayıb

Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başlayıb
17:33 9 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin qiymət informasiya portalı www.azagro.net fəaliyyətə başlayıb. Portalda 46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü üzrə, həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə əlavə olaraq hər növün çeşidi üzrə gündəlik yenilənən məlumat bazası yerləşdirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqust ayından etibarən test rejimində fəaliyyət göstərən məlumat bazası dekabrın 1-dən Bakı şəhəri ilə yanaşı, regionları da əhatə edən 19 pərakəndə, 5 topdan satış bazarından gündəlik olaraq toplanan məlumatlar əsasında yenilənir. Məlumat bazasına nazirliyin internet səhifəsi vasitəsilə də daxil olmaq olar.
Növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin qiymət məlumat bazası heyvandarlıq, taxılçılıq, texniki bitkilər və digər kənd təsərrüfatı məhsulları üzrə qiymətləri, habelə fermerlərin sahədən satış qiymətlərini özündə əks etdirəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_teserrufati_mehsullarinin_qiymet_melumat_bazasi_fealiyyete_baslayib-909720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR