İran 7 ayda 166 milyon dollar dəyərində əl işi olan xalça ixrac edib

İran 7 ayda 166 milyon dollar dəyərində əl işi olan xalça ixrac edib
17:48 9 Dekabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

Cari ilin 7 ayı ərzində dəyəri 160 milyon dollardan çox olan İran xalçası (əl işi) ixrac edilib. Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Milli Xalça Mərkəzinin sədri Həmid Kargər deyib.

H.Kargər bildirib ki, ötən 7 ay ərzində ümumi çəkisi 2620 ton, 166 milyon dollar dəyərində əl işi olan xalça İrandan dünyanın 80 ölkəsinə ixrac olunub. Bu rəqəm ötən ilin eyni dövründə isə 3100 ton, 202 milyon dollar təşkil edirdi.

O, qeyd edib ki, Şərqi Asiya ölkələri İran xalçalarının əsas alıcılarıdır: “İranın əl istehsalı olan xalçaları Livan, Qətər, BƏƏ, Küveyt, Çin, Yaponiya və Avropa ölkələrindən, əsasən, Fransa, İsveç, İtaliya və Almaniyaya ixrac olunur”.

Onun sözlərinə görə, sanksiyalar ləğv olunarsa İranın belə xalçalarının ABŞ-a ixracı (5 il əvvələdək ixrac həyata keçirilirdi) bərpa olunacaq.

İranın Milli Xalça Mərkəzi elan edib ki, ötən il ölkədən ümumilikdə 330 milyon dollar dəyərində əl işi olan xalça ixrac edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2467532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR