"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konstruktiv dialoq lazımdır"

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konstruktiv dialoq lazımdır"
18:05 9 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsini tərəflər arasında birbaşa danışıqlar yolu ilə həll etmək lazımdır.

Bunu Trend-ə müsahibəsində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib.

O bildirib: "Azəraycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə verdiyi əhəmiyyəti başa düşürəm, çünki söhbət ölkə ərazisinin 20 faizindən - Dağlıq Qarabağdan və 7 ətraf rayondan gedir".

Diplomat qeyd edib ki, konstruktiv və nəticəyə hesablanmış dialoq zəruridir.

D.Stav ümid etdiyini bildirib ki, hər iki tərəf mövcud münaqişənin məqbul həllini tapa biləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR