İran qaz nəqlini Türkiyəyə artırdı

İran qaz nəqlini Türkiyəyə artırdı
06:21 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

İran tərəfindən Türkiyəyə təbii qaz nəqlinin azalması texniki problemlərlə əlaqədar olub.

ANS PRESS-in məlumatına görə, bu barədə rəsmi açıqlama İranın dövlət qaz şirkətindən gəlib.

Bundan əvvəl Türkiyə mətbuatında İran tərəfinin qaz verilişini yarıya qədər azaltdığı, nəql olunan qaz həcminin 30 milyon kub metrdən 14-15 milyon kub metrə düşdüyü barədə xəbərlər yayılmışdı.

Məsələyə Türkiyə prezidentinin rəsmisi İbrahim Kalın da toxunaraq qaz verilişinin azalmasının texniki problemlə əlaqədar olduğunu təsdiqləyib və nöqsanın çərşənbə günü səhər saatlarından etibarən aradan qaldırıldığını və gündəlik norma üzrə qaz verilişinin bərpa olunduğunu diqqətə çatdırıb.


İbrahim Kalın - Türkiyə prezidentinin mətbuat katibi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR