Kadrlarla iş üzrə cavabdeh zabitlərin toplantısı keçirilib

16:48 11 Dekabr 2015
11 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən tabelikdə olan idarə və təşkilatlar üzrə kadrlarla aparılmış işlərin yekunu və növbəti ildə qarşıda duran vəzifələrə dair toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun tövsiyə və tapşırıqlarını toplantı iştirakçılarına çatdıraraq kadrlarla işə cavabdeh zabitlərin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.

Hərbi qulluqçuların vəzifələrə təyin edilməsində işgüzar keyfiyyətlərlə yanaşı, onların mənəvi-psixoloji hazırlığı, nizam-intizamının nəzərə alınmasının vacibliyi vurğulanıb, 2016-cı ildən hərbi qulluqçuların attestasiyası ilə bağlı yeni qaydaların tətbiq olunacağı diqqətə çatdırılıb.

Toplantıda il ərzində əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, müəyyən döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırıldı, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən peşəkar zabitlərin fəaliyyətinin keyfiyyətcə artırıldığı önə çəkildi. Bildirildi ki, hərbi xidmətə cəlb ediləcək ixtisaslı gənclərlə bağlaşmadan qabaq onların bilik və bacarıqları, mənəvi keyfiyyətləri nəzərə alınacaq və belə zabitlərlə işin keyfiyyətinə diqqət artıralıcaq.

Sonda tapşırıqların yerinə yetirilməsində nailiyyətlər əldə etmiş bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR